• Bazar ertəsi, 17 May, 2021
  • 1 c Bakı
  • $ : 1.7000
  • € : 1.8669

Elçin Quliyev “Vətən Müharibəsi Qəhrəmanı”nın məzarını ziyarət etdi - VİDEO

Jurnalistə peyvənd vurmayan tibb işçisi cəzalandırıldı

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Vətən müharibəsinin şəhidi, “Vətən Müharibəsi Qəhrəmanı”, DSX-nin Çevik Hərəkət Dəstəsinin (ÇHD) baş giziri olmuş Azər Yusiflinin məzarını ziyarət edib.

Kazus.az xəbər verir ki, ziyarət zamanı Elçin Quliyev şəhidin atası Nazim Yusifliyə başsağlığı verib.

General-polkovnik Nazim Yusifli ilə söhbət edən zaman "sağ olun ki, belə qəhrəman övlad yetişdirmisiz" deyib. Elçin Quliyev Azər Yusiflinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından danışıb.

Qeyd edək ki, Azər Yusifli 1994-cü ildə Ağstafa rayonunun Böyük Kəsik kəndində anadan olub. DSX-nin Çevik Hərəkət Dəstəsinin baş giziri olmuş Yusifli Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub. Doğulub boya-başa çatdığı Ağstafa rayonunun Böyük Kəsik kəndində dəfn edilib.

Azər Yusifli ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.